AZ

Dünya birjalarında təlatüm: dünyanın 500 ən zəngin insanı milyardlarını itirir

Bakı. Trend:

Çinin “Deepseek” süni-intellektin dünyanın qiymətli kağızlarbazarlarında yaratdığı təlatüm fonunda, planetin ən zəngin 500insanının varidatı ümumilikdə 108 milyard dollar məbləğindəazalıb.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər xəbər verir.

Məlumata görə, ən çox ziyan “Nvidia” çipləri istehsalçısının başdirektoru Censen Huanq olub ki, onun aktivləri 20 faizə azalıb. Bu,təxminən 20.1 milyard dollar təşkil edib.

Qeyd edilir ki, “Nvidia”nın da bazar dəyəri 600 milyarda qədərucuzlaşıb və o dünyanın ən bahalı şirkəti statusundan məhrum olub.Ticarət sessiyasının ilk saatında NASDAQ səhmləri 13 faizdən çox –123 dollara qədər ucuzlaşıb.

Bundan başqa, “Oracle Corp.” Korporasiyasının həmtəsisçisi,milyarder Larri Ellisonun aktivləri 12 faiz azalıb. O ümumilikdə22.6 milyard dollardan məhrum olub. “Dell” təsisçisi Maykl Dell isə13 milyard dollar itirib.

Qeyd edək ki, qiymətli kağızlar bazarlarındakı kəskin tənəzzüləÇinin “DeppSeek-R1” çat-botunun əldə etdiyi inanılmaz uğur səbəbolub. “ChatGPT”ə alternativ kimi göstərilən bu tətbiqin fəaliyyətiüçün dəfələrlə az xərc tələb olunur.

Seçilən
26
az.trend.az

1Mənbələr