AZ

Turun adamı bu sualı eşidib, güldü: “Yox-yox, mən deyiləm”

“Səbail” prinsipial qarşılaşmada qələbə qazanmaqla sonuncu pillədən qurtuldu.

Şənbə günü “ASCO Arena”da keçirilən oyunda meydan sahibləri “Kəpəz”i 1:0 hesabı ilə uddu.

Sportinfo.az-a müsahibə verən 20-ci turun vacib qolunun müəllifi Madi Queta 90 dəqiqə ilə bağlı ortaya çıxan sualları cavablandırıb.

- Səni matçın adamı qismində təbrik etsəm?

- Yox-yox, matçın adamı deyiləm (gülür). Mən, sadəcə, üzərimə düşən işi görüb əlimə düşən fürsətdən yararlandım. Həmin qolu başqası da vura bilərdi. Bu gün komanda olaraq döyüıdük, mübarizə apardıq, meydanda canımızı qoyduq. Ona görə də matçın adamı “Səbail”dir.

- Bu qalibiyyət ötən həftədəki qələbədən daha “şirin” olmalıdır, məncə.

- Əlbəttə, çox sevinirik. İlk növbədə əsas rəqiblərimizdən birinə qalib gəldik. Digər tərəfdən bizi dəstəkləyən azarkeşlərimizi sevindirdik. Və təbii ki, sonuncu pilləni tərk etdik. Belə bir qələbəyə hədsiz ehtiyacımız var idi.

- Oyundan əvvəl düşərgədə vəziyyət necə idi? Gərginlik, həyəcan, uduzmaq qorxusu...

- Gərginlik qətiyyən yox idi. Xüsusən “Sumqayıt”ı məğluib edəndən sonra özgüvənimiz artmışdı. Baş məşqçimiz də tapşırmışdı ki, heç nədən çəkinməyin, meydana çıxıb bacardığınızı edin, nəticə özü gələcək. Gərginlik, yaxud həyəcan olsaydı, oyuna o cür başlamazdıq.

- Səncə, “Kəpəz”i hansı komponentlərdə üstələdiniz? Qalibiyyətdə əsas rolu nə oynadı?

- İlk saniyədən sona qədər pressinq etməklə rəqibə rahatlıq verməməyimiz bizə kömək etdi.

HƏBİB

Seçilən
6
sportinfo.az

1Mənbələr