İsrail polisi tanınmış vətəndaş cəmiyyəti lideri, Fələstin əsilli İsrail vətəndaşı Şeyx Raed Salahı saxlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sülhün Təbliği Komitəsinin lideri Şeyx Salahın vəkili Xalid Zebarka jurnalstlərə müsahibə verib.
O bildirib ki, ən azı 20 nəfərlik İsrail polisi Şeyx Salahın evinə basqın edib, evdə axtarış aparıb. Daha sonra isə onu həbs edərək, özləri ilə aparıblar: "İsrail polisi Şeyx Salahı iki saatdan çox onu sorğu-sual etdikdən sonra sərbəst buraxıb".
Tahir Şəlvəli
MİA.AZ