AZ

Moldova xüsusi xidmət orqanları Qaqauz parlamentinin sədrini SAXLADI

Moldova xüsusi xidmət orqanları Qaqauz parlamentinin sədrini saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Moldova mediası məlumat yayıb.

Qaqauziya Xalq Məclisinin sədri Konstantinov Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarının onun müalicə üçün İstanbula uçmasına icazə vermədiyini bildirib.

O bildirib ki, hadisəyə səbəb Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu vəzifəsindən uzaqlaşdırmağa kömək etməkdən imtina etməsi olub.

“Hava limanında məni yenidən təhlükəsizlik işçiləri qarşıladılar. Mənə dedilər ki, rəhbəri çıxarmaq üçün Xalq Məclisinin deputatları ilə mümkün olan hər şeyi etməliyəm.

Mən onlara əvvəl də dedim, indi də təkrarladım ki, biz bunu edə bilmərik. Çünki o, qaqauziyalılar tərəfindən seçilib.

Sonra mənə dedilər ki, ailəmlə məşğul olacaqlar, ailəmin problemləri olacaq. Sonunda mənə uçmağa icazə verilmədi”, – o deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr