AZ

Rusiya "Atom"un istehsalına başlayır: Qiyməti...

Bu il Rusiyada “Atom” elektrik avtomobilinin seriyalı istehsalına başlanılması planlaşdırılır.

Turkustan.az Azərtac-a istinadən xəbər verir ki, hazırda onlar üzərində proqram təminatının tənzimlənməsi və real şəraitdə bir sıra sınaqların keçirilməsi həyata keçirilir.

“Atom” elektrik avtomobili Rusiyanın “Kama” SC şirkəti tərəfindən hazırlanıb və gələcəkdə şəhər nəqliyyatı üçün nəzərdə tutulub. Şirkət artıq modelin bir neçə prototipini təqdim edib. Avtomobilin innovativ özəllikləri arasında sükan üzərində ənənəvi panel əvəzinə planşetin olması, ön şüşədə əlavə reallıq proyeksiyası, avtomobilə giriş icazəsi üçün süni intellekt üzərində yaradılmış üz tanıma sistemi və fərdi tənzimləmələri istənilən “Atom” avtomobilinə köçürməyə imkan verən “Atom.İD” hesabı var.

Elektrik avtomobilinin ilkin qiyməti 3-4 milyon rubl (hazırkı məzənnə ilə 52502 manatdan 70007 manata qədər) təşkil edəcək.

Seçilən
11
turkustan.az

1Mənbələr