Demokrat.az xəbər verir ki, bu barədə İranın “Şəfəqna” xəbər agentliyi məlumat yayıb.
İran Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 3-dən etibarən Tehran və Düşənbə arasında hava nəqliyyatı ilə səyahət zamanı vizasız rejim yaradılacaq.
Adi beynəlxalq pasport sahibləri vizasız rejimdən yararlana biləcəklər. Onlar 30 gün ərzində səfər edən ölkədə qala bilərlər.
Yanvarın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin üzv ölkələr arasında viza rejiminin liberallaşdırılması məsələsinə baxdıqları barədə məlumat yayılmışdı.
Əfsanə Kamal
Demokrat.az
5Mənbələr