AZ

"Ləman doktor təzyiqini qaldırmaq üçün kofein vursa da rəhmətə getdi" VİDEO

Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən 36 yaşlı Ceyhun Süleymanov ölüb.

Hadisə yanvarın 21 axşam saat 4 radələrində baş verib. 

Paytaxtın Sabunçu rayon Maştağa qəsəbə sakini olan Ceyhun ailənin tək oğlu olub. İki az yaşlı övladı olan mərhum Ceyhun Sülehmanov sürücü işləyirmiş.

Anası Afayət Süleymanova “Xəzər Xəbər”ə müsahibəsində  hadisənin təfərrüatı barədə danışıb. Onun sözlərinə görə, oğlu bağırsaq nahiyəsində damarların böyüyüb genişlənməsindən əziyyət çəkdiyi üçün "Stimul" klinikasına müraciət edib. Orada həkim Ləman Xasıyevanın qəbulunda olub.

Afayət Süleymanova deyir ki, oğlu "Medilife" klinikasında olan zaman onunla yenidən əlaqə saxlayıb və yaxşı olduğunu bildirib. O, Ceyhunun  klinikaya iş yoldaşının övladı ilə getdiyini deyir.

Ana bildirib ki, oğlunun ölümündən sonra nə həkim, nə də klinikadan kimsə onlara məlumat verməyib.

Mərhumun ansının iddiasına görə hadisəni biləndən sonra kürəkəni və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar. Hadisədən 7 gün keçməsinə baxmayaraq klinikadan ailəyə heç bir rəsmi cavab verilməyib. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
44
41
xezerxeber.az

10Mənbələr