AZ

Pensiya alanlara ŞAD XƏBƏR: gələn ay artımla veriləcək

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Qeyd edilir ki, artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.

Seçilən
0
8
publika.az

10Mənbələr