AZ

“Mona Liza” tablosu Luvrun ayrıca otağına köçürüləcək

Fransa prezidenti Emmanuel Makron Leonardo da Vinçinin “Mona Liza” tablosunun Luvrda ayrıca otağa köçürüləcəyini bildirib.

“Mona Liza Luvr sərgisinin qalan hissəsindən asılı olmayaraq, ayrıca girişi olan ayrıca otaqda nümayiş etdiriləcək” deyən prezident muzeyin bərpası planlarından danışarkən, RİA Novosti- yə istinadən xəbər verir.

2024-cü ilin yanvar ayında ətraf mühit fəalları tablonun üzərinə şorba tökdülər.

“Le Parisien” qəzetinin yazdığı kimi, Luvrun direktoru Fransanın mədəniyyət nazirinə məxfi nota göndərib və orada muzeydə “genişmiqyaslı işlərin” aparılmasının zəruriliyi barədə xəbərdarlıq edib.

DOĞRU.AZ

Seçilən
4
1
dogru.az

2Mənbələr