AZ

Nainqqolan sərbəst buraxılıb

Bir müddət əvvəl "Sportinq Lokeren"lə müqavilə imzalayan yarımmüdafiəçi Raca Nainqqolan sərbəst buraxılıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu müəyyən şərtlərlə sərbəst buraxılıb.

Raca narkotiklə bağlı heç bir ittiham irəli sürülməyib. Dindirilmə zamanı futbolçudan borc götürdüyü pulların məbləği soruşulub. 

“Bu, narkotiklə əlaqəli deyil. İstintaq narkotikdən gedir, amma söhbət Racanın borc götürdüyü pullardan gedir. O, insanlara maddi dəstək verirdi. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları bu pulların hara getdiyini aydınlaşdırmağa çalışırlar. Raca azad insandır və indi əsas məsələ budur. O, evə gəlir" - deyə, futbolçunun vəkili qeyd edib.

Nainqqolanın cinayət təşkilatı ilə əlaqəsi ola biləcəyi bildirilir.

Qeyd edək ki, bir gün əvvəl belçikalı futbolçunun narkotik qaçaqmalçılığı işi ilə həbs edilmişdi.

Seçilən
4
90deqiqe.az

1Mənbələr