Fransanın Şerburq şəhərində Dini İşlər üzrə Türk-İslam Birliyinə (DİTİB) bağlı məscidin qapısına donuz başı çəkilib.
News24.az söz.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı DİTİB Fransa İdarə Heyəti yazılı açıqlamada edib.
"Hüzur mənbəyi olan məscidimizi hədəf alan bu qəbuledilməz hərəkəti qətiyyətlə qınayırıq. Bütün cəmiyyətimizə keçmiş olsun deyirik. Hörmət və insanlıq dəyərlərinin müdafiəsi əzmində olduğumuzu bir daha vurğulayırıq", - deyə bəyanatda bildirilib.