“Misir Trampın ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı iddiasını rədd edir”.
Bunu Misirin adı açıqlanmayan yüksək rütbəli məmurlarından biri “AFP” nəşrinə deyib.
O bildirib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ lideri Donald Trampla telefonla danışmayıb.
Daha öncə Tramp bildirib ki, o, Misir və İordaniyanın Qəzza zolağından daha çox qaçqın qəbul etməsini istərdi. ABŞ prezidenti əs-Sisi ilə danışacağını desə də, hər iki liderin ofisi zəng barədə açıqlama verməyib.
Qeyd edək ki, Misir ABŞ-ın bölgədəki əsas müttəfiqidir və İsraildən başqa bu həftə Trampın xarici yardıma moratoriumundan azad olan yeganə ölkə olub./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta