Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Marketing və İqtisadi əməliyyatlar” İdarəsi ilə bağlı cərimə protokolu imzalanıb.
“Yeni Gundem” xəbər verir ki, idarənin İnzibati Xətalıar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Marketing və İqtisadi Əməliyyatlar” İdarəsi ilə bağlı işə 13 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, gömrük qaydalarını pozan “Marketing və İqtisadi Əməliyyatlar” İdarəsinin rəhbəri Rəşid Ağakişiyev Cəlal oğludur.Tribunainfo.az
Qarşı tərəfi dinləməyə hazırıq.