AZ

“Bu gün diqqətimizi Ukrayna və ya müəyyən qədər Ermənistan ilə yayındırırlar, amma əslində əsas poliqon Arktikadır” — Mixail Kovalçuk

“Arktika Rusiyanın qlobal üstünlüyüdür”.

Ordu.az xəbər verir ki, bunu Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin sədri Mixail Kovalçuk deyib.

“Arktika bizim qlobal üstünlüyümüzdür. Prezidentimiz bunu tamamilə aydın şəkildə ifadə etdi, başa düşdü və bu istiqamətdə çoxlu addımlar atdı”, - deyə Kovalçuk qeyd edib.

O bildirib ki, bu, təkcə Rusiyada deyil, bütün dünyada başa düşülür.

“Arktika gələcəyin sınaq meydançasıdır. Bu gün diqqətimizi Ukrayna və ya müəyyən qədər Ermənistan ilə yayındırırlar, amma əslində əsas poliqon Arktikadır”, - deyə Kovalçuk vurğulayıb.

Kovalçuk bəyan edib ki, Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünyanın buzqıran donanmasının 50%-dən çoxuna sahibdir.

Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin sədri deyib ki, Rusiya dünyada “rəqabətsiz” nüvə buzqıran gəmilərinə sahib olan yeganə ölkədir.

Seçilən
30
demokrat.az

1Mənbələr