AZ

Donald Tramp “Microsoft”un “TikTok” u almaqda maraqlı olmasından danışıb

ABŞ Prezidenti Donald Tramp, “Microsoft” un “TikTok” un Amerika bölməsini almağa maraq göstərdiyini açıqlayıb. "Bəli, mən deyərdim ki, “TikTok” a böyük maraq göstərilir", -Tramp jurnalistlərin sualına cavab olaraq bildirib.

Valyuta.az xəbər verir ki, Tramp, bir neçə şirkətin “TikTok” a göstərdiyi marağı müsbət qiymətləndirib və bunun "xeyirli bir razılaşma" yaradacağına inanır. Onun sözlərinə görə, “TikTok” un ABŞ-da fəaliyyətini davam etdirməsi "Amerika üçün iqtisadi cəhətdən faydalı olacaq".

Şirkətin sahibi “ByteDance” isə bu barədə şərh verməyib.

NPR-in (Milli İctimai Radio) məlumatına görə, Ağ Ev, “Oracle” və bir qrup xarici investor tərəfindən “TikTok” un idarəçiliyinin ötürülməsi məsələsini müzakirə edir. Bu vəziyyətdə “ByteDance” şirkətinin kiçik hissəsi saxlanılacaq və tətbiqin alqoritmləri, məlumat toplama və proqram təminatının yenilənməsi “Oracle” tərəfindən idarə olunacaq.

Xatırladaq ki, Prezident Donald Tramp 20 yanvar tarixində vəzifəyə başlayandan sonra “TikTok” u 75 gün müddətinə bloklamağın təxirə salınmasına dair sərəncam imzalayıb. Bu müddət ərzində administrasiya razılaşma əldə etməli və ya tətbiqin ABŞ-da bloklanması qərarını qəbul etməlidir. Tramp 25 yanvar tarixində qərarını 30 gün ərzində verəcəyini açıqlayıb. O, əvvəlki açıqlamalarında “TikTok” un ABŞ-da fəaliyyətini davam etdirə bilməsi üçün şirkətin 50%-nin amerikalılara satılmasının tələb olunduğunu bildirib.

Maya Hüseynova 

Seçilən
3
valyuta.az

1Mənbələr