Livanın cənubunu ələ keçirən İsrail ordusu bu gün həmin bölgədə yerli hərbçilərlə atışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan ordusu açıqlama yayıb.
Qeyd edilib ki, İsrail əsgərləri Yarun - Marun ər-Ras yolunda Livan əsgərləri və vətəndaşlarına atəş açıb: "İsrail ordusunun atəşi nəticəsində 1 Livan əsgəri və 3 mülki şəxs yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ