“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.
Qeyd edək ki, Ələsgərov cari mövsümdə 1 liqada keçirdiyi 5 oyunda 1 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta