AZ

Nyu-Yorka uçan təyyarədə uşaq dünyaya gəldi

Daşkənddən Nyu-Yorka uçan “Uzbekistan Airways” aviaşirkətinə məxsus təyyarədə körpə dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

“Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan HY101 reysinin göyərtəsində inanılmaz hadisə baş verib. Uçuş zamanı sərnişinlərdən birinin doğuş sancısı başlayıb. Sərnişin oğlan uşağı dünyaya gətirib”, - məlumatda deyilir.

Enişdən sonra həkimlər lazımi yardımı göstərmək üçün təyyarəyə miniblər. Ana və yeni doğulmuş körpə yerli klinikaya aparılıb.


Müəllif: Arzu
Seçilən
1
2
teleqraf.com

5Mənbələr