Andrea Taliskanın “Fənərbaxça”ya keçidi açıqlanıb. Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu yeni komandasında 94 nömrəli formada çıxış edəcək.
Son olaraq “Əl Nəsr”in formasını geyinən forvard buna qədər Türkiyədə 2016-2018-ci illərdə “Beşiktaş”da çıxış edib.
Taliska “Fənərbaxça”nın şərəfini qorumasının onun üçün böyük şərəf olduğunu deyib: “Azarkeşlərin göstərdiyi sevgiyə görə təşəkkür edirəm. Mənim üçün inanılmaz idi. Bu klubu təmsil etmək mənim üçün böyük bir şərəf və məsuliyyət olacaq”.