Bakı. Trend:
Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədləriüzrə Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə xüsusi nümayəndəsiBoris Titov Bakıda Azərbaycan Baş nazirinin müavini Samir Şərifovvə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşüb.
Trend xəbər verirki, bu barədə Boris Titov öz "Telegram" kanalında yazıb.
"ŞƏT-in Dayanıqlı İnkişaf üzrə Şurasının yaradılması təşəbbüsünəqoşulmaq təklifini müzakirə etdik", - deyə paylaşımdabildirilib.
B.Titovun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyatakeçirilməsinə yanaşmanı dəyişmək lazımdır və 2030-cu ilə qədər beşil ərzində bu yanaşmanı formalaşdırmaq üçün vaxt lazımdır.
"Yeri gəlmişkən, Azərbaycan bu yolla sözdə deyil, əməldəirəliləyir. BMT-nin Bakıda keçirilən sonuncu COP29 iqlimkonfransının nəticələrini xatırlatmaq kifayətdir. Beynəlxalq karbonvahidi bazarının yaradılmasının əsası təşkilatçılar sayəsində başverdi", - deyə əlavə olunub.