Əgər Volodimir Zelenski həqiqətən də sülh danışıqlarına hazırdırsa, Rusiya bu görüşə öz nümayəndələrini göndərə bilər, istənilən qanuni şəxs danışıqlarda Kiyev tərəfdən iştirak edə bilər.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Putin bildirib ki, Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.