ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken prezident Co Bayden administrasiyasında keçirdiyi dövr və 2021-2025-ci illərdə baş verən beynəlxalq böhranlar haqqında kitab yazacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Blinken Rusiyanın Ukraynada xüsusi əməliyyata başladığı ilk günlərdə yaşananları, ABŞ administrasiyasının buna ilkin reaksiyasını da kitabda əks etdirəcək.
Keçmiş dövlət katibi Vaşinqtonun Çinlə münasibətləri, Yaxın Şərqdəki müharibə və Co Bayden administrasiyasının üzləşdiyi digər beynəlxalq böhranlar barədə qeydlərini kitaba köçürəcək.
Müəllif: Arzu