AZ

Akkan Suver Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinə çağırış edib

Ankara, 29 yanvar, AZƏRTAC

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Türkiyə və Azərbaycanın daha da yaxınlaşması üçün lazım olan bütün səylərini artırmağa hazırdır.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilmiş fondun rəhbəri Akkan Suverin “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltifetmə mərasimi bitəndən sonra fond rəhbəri söyləyib.

Akkan Suver bu mükafatı Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin yüksək etimad və diqqətinin göstəricisi kimi qiymətləndirib. “Azərbaycan lideri bir daha nümayiş etdirdi ki, Türkiyədəki prosesləri diqqətlə izləyir. “Heydər Əliyevin 100 illiyi” medalı mənim və rəhbəri olduğum qurum üçün xüsusi şərəf və məsuliyyətdir”, - deyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri qeyd edib.

O, xatırladıb ki, rəhbərlik etdiyi fond 28 il ərzində Türkiyə, Azərbaycan və dünyanın bir çox ölkələrinin maraqlarının inkişaf etdirilməsinə töhvə verən Avrasiya İqtisadi Forumlarını uğurla təşkil edir.

Fondun rəhbəri xatırladıb ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri hər il Prezident İlham Əliyevin forum iştirakçılarına salamlarını çatdırırlar.

“Türkiyə və Azərbaycan əməkdaşlığı sarsılmazdır (ayrılmazdır). Bizim üçün qardaş əlaqələrinin möhkəmləndirilməsinə dəstək olmaq şərəfdir”, - deyə o vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
33
48
azertag.az

10Mənbələr