1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Qars vilayətində hər gün yüzlərlə turistin ziyarət etdiyi Çıldır gölündən maraqlı görüntülər yayılıb.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
İclal Güvenç adlı qadın Qarsın Arpaçay sərhədləri daxilində yerləşən Çıldır gölünə atlı xizəyə minmək üçün gəlib. O həmçinin mənfi 20 dərəcə soyuğa məhəl qoymadan xizəkçilərin göldə buzları qıraraq balıq tutduqları yerdə qoluna kəndir bağlayıb və buzlu suya girib.
Rekord əldə etməyə cəhd göstərən İclal Güvenç təxminən 40 saniyə soyuq suda qala bilib. O, daha sonra xizəkçilərin köməyi ilə sudan çıxıb.
İclal Güvençin sosial şəbəkədə paylaşdığı bu görüntülər tezliklə minlərlə insan tərəfindən bəyənilib və viral olub.