Ağ Evin yeni sözçüsü Kerolayn Livitt yeni vəzifəsində ilk brifinqini keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Livitt mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.
O, qeyri-qanuni immiqrasiya ilə bağlı sərt mesajlar verərək ABŞ-yə qanunsuz daxil olan hər kəsin cinayətkar sayılacağını bildirib:
"ABŞ-yə qeyri-qanuni yollarla daxil olan əcnəbidirsə, əlbətdəki cinayətkar sayılır. Əgər onlar ölkəmizin qanunlarını pozublarsa, bəli, cinayətkardırlar".
Mətbuat katibi həmçinin müxtəlif qrantlar və kreditlər də daxil olmaqla hökumətin maliyyə yardımı proqramlarının dayandırılması barədə də bəhs edib:
"Prezident Trampın administrasiyası Co Baydenin komandasının bu cür layihələrə böyük xərcləmələri səbəbindən bəzi federal proqramların maliyyələşdirilməsini dayandırıb. Son dörd il ərzində Bayden administrasiyası sərxoş dənizçilər kimi pul xərcləyib və bu, ölkədə inflyasiya böhranının səbəblərindən birinə çevrilib".
Milli.Az