AZ

İstanbul Film Festivalının Fəxri mükafatıçısı

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən 11-22 aprel tarixlərində keçiriləcək 44-cü İstanbul Film Festivalında Zuhal Olcay Kino Fəxri Mükafatının sahibi olacaq.

Kulis.az xəbər verir ki, mükafat aprelin 11-də keçiriləcək açılış mərasimində təqdim ediləcək.

Qeyd edək ki, həyatına saysız-hesabsız teatr tamaşaları, filmlər və musiqi albomları sığdıran usta aktyor və müğənni Olcay Ankara Dövlət Konservatoriyasını bitirib. Uğur qazanan sənətçi 1980-ci illərdə ilk televiziya filmi "Sönmüş ocaq", 1985-ci ildə isə "Barmaq damğası" serialında və "Amansız yol" filmində rol alıb. Zuhal Olcay 1989-cu ildə "Saxta cənnətə əlvida" filmindəki roluna görə Almaniyada "Ən yaxşı aktrisa" mükafatını qazanıb.

Seçilən
2
kulis.az

1Mənbələr