Nəhəng balıq Çində su pərisi işləyən 22 yaşlı rusiyalı qıza hücum edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, hadisə çərşənbə axşamı, yanvarın 28-də Sişuanban şəhərində baş verib.
Balıq qızın başından tutub, onun üzünü zədələyəb və eynəklərini yeyib.
Rus qadın əlavə edib ki, boynundakı ağrılara baxmayaraq, ondan çıxışını davam etdirmək tələb olunur.