AZ

ABŞ dövlət katibi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasını təsdiqləyib

Birləşmiş Ştatlar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasını alqışlayır.

Editor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığında bildirib.

Rubio bəyan edib ki, o, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasını təsdiqləyib. O, Kallasla Vaşinqton və Brüssel arasında ümumi prioritetlərə uyğun əməkdaşlığın dərinləşdirilməsi yollarını da müzakirə edib. ABŞ dövlət katibi transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyinə işarə edərək, Avropa ölkələrini hərbi xərcləri artırmağa çağırıb.

Yanvarın 29-da Rubio bildirib ki, Finlandiya Alyansın Arktika və Baltik dənizində müdafiəsində mühüm rol oynayacaq. Yanvarın 27-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Vaşinqton hələlik təmas qurmağa cəhd etmədiyi üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi arasında G20 sammitində mümkün görüş barədə danışmaq tezdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr