AZ

Qarabağla bağlı yeni separatçı proje – Ermənistanda “keçid hökuməti” qururlar

Ləğv edilmiş separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayan İrəvanda “keçid hökuməti” qurmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

Erməni nəşri bildirir ki, Babayan bu separatçı layihəsini yaz aylarında həyata keçirmək niyyətindədir.

Məlumatda deyilir ki, qondarma qurum “Artsaxın Nümayəndələr Palatası” adlandırılacaq.

Xatırladaq ki, işğal dövründə Qarabağda separatçı və digər cinayət fəaliyyətlərində aktiv iştirak etmiş Samvel Babayan 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun bir günlük antiterror tədbirləri zamanı Ermənistana qaçmışdı. Separatçı Ermənistan hakimiyyətinə yaxınlığı ilə ad çıxarıb. Ermənistana qaçmış digər separatçı-terrorçu ünsürlər onun Baş nazir Nikol Paşinyanla koordinasiyalı hərəkət etdiyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
teleqraf.com

1Mənbələr