AZ

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şabran rayonunda ictimai dinləmə təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə yanvarın 30-da saat 12:00-da Şabran şəhərində, Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev pr. 60 A) təşkil ediləcək.

Seçilən
2
sia.az

1Mənbələr