ABŞ-də Norviçdən olan sərxoş sürücü 28 yaşlı Loqan Mirmozaffari sürət həddini aşaraq cərimələnib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, gənc onu sorğu-sual edən polisə sürət həddini aşması üçün bəhanə olaraq “evdə pişiyim gözləyir” deyib.
Gənc sərxoş vəziyyətdə və ehtiyatsızlıqdan avtomobili idarə etməklə ittihamı edilib, daha sonra isə, 500 dollar girov qarşılığında sərbəst buraxılıb.