“Anam qardaşım Daşqının xiffətini çəkirdi. Son anına kimi dilindən düşmürdü…Özü vəsiyyət etmişdi ki, məni oğlumun və həyat yoldaşımın yanında dəfn edin”.
Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti, sevilən aktyor Həsənağa Turabovun oğlu Yalçın Turabov deyib.
O bildirib ki, anası Solmaz Turabova vəfat edib.
"Əvvəllər insult keçirmişdi, amma sonra yaxşılaşdı. Son vaxtlar isə çox zəifləmişdi".
O qeyd edib ki, Solmaz Turabova bu gün saat 14:00-da Qurd qapısı qəbirstanlığında dəfn ediləcək.
Qeyd edək ki, Həsənağa Turabov 2003-cü ildə dünyasını dəyişib. Onların oğlu Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olan Daşqın Turabov isə 1997-ci ildə öldürülüb.
Müəllif: Nərmin