Ölkə ərazisində hava necə olub? – Faktiki hava
Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə, Şəmkir, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Sabirabad, Cəfərxan, Biləsuvar, Ağdam, Sumqayıt, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-800 metrədək məhdudlaşıb.