Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 2024-cü ildə 1311 nəfər imtiyazlı şəxsi yollayışla təmin edərək, xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərib.
Onların arasında əlilliyi olan uşaqlar da olub və həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə qeyd olunan mərkəzlərə yola salınıblar.
İmtiyazlı şəxslər verilmiş yollayışlar əsasında respublikamızın müxtəlif ərazilərindəki mərkəzlərdə müalicə kursu keçiblər.