Bakı.Trend:
Məntəqəmizdə seçicilər üçün yüksək səviyyədə şəraityaradılıb.
Bunu Trend-əaçıqlamasında 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12ci seçkiməntəqəsinin sədri Sevil Ramazanova deyib.
O qeyd edib ki, məntəqə üzrə siyahıda 1 392 nəfər vətəndaşvar.
“Səhər saatları olmasına baxmayaraq seçicilər aktivdir. Artıqsəsverənlərin sayı 200 nəfəri keçib. Heç bir qayda pozuntusu qeydəalınmayıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.