AZ

DOGE: “ABŞ gündə 1 milyard dollara qənaət edir”

AzVision.az xəbər verir ki, departamentin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda belə iddia olunur.

“DOGE federal hökumət üçün gündə təxminən 1 milyard dollar qənaət edir. Əsasən lazımsız vəzifələrdə insanların işə götürülməsini dayandırmaq, DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) proqramlarını ləğv etmək və xarici qurumlara düzgün olmayan ödənişlərə son qoymaq hesabına - bunların hamısı prezidentin sərəncamlarına uyğundur. Əla başlanğıcdır, lakin bu rəqəmi gündə 3 milyard dollardan çox artırmaq lazımdır”,- qurumun bəyanatında deyilir.

Mask:“ABŞ-nin müflis olmaq təhülkəsi var”
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “SoaceX” və “Tesla” şirkətlərinin sahibi olan milyarder İlon Maskı DOGE (Department of Government Efficiency-Hökumətin Səmərəliliyi Departamenti) adlı departamentin rəhbəri vəzifəsinə təyin edilib. “NBC News” telekanalının məlumatına görə, DOGE əslində federal hökumətin tərkibində tam hüquqlu nazirlik olmayacaq - belə bir departamentin yaradılması ABŞ Konqresinin təsdiqini tələb edir. ABŞ prezidenti Donald Tramp isə DOGE-nin “kənardan təlimat və məsləhətlər təqdim edəcəyini” bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
5
5
azvision.az

9Mənbələr