“Dərman qəbul edərkən bəzi qidaların yeyilməsi tövsiyə edilmir”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu ttibb bacısı Lori Pul deyib.
Pul deyir ki, K vitamini yüksək olan bütün qidalar qan durulaşdırıcıların işini daha da pisləşdirə bilər. O, bu cür dərmanları qəbul edərkən yarpaqlı göyərti, noxud, ciyər, yumurta sarısı, avokado və zeytun yağı yeyərkən diqqətli olmaq lazım olduğuna diqqət çəkib.
Eyni zamanda, o, vurğulayıb ki, əgər bu məhsullar daim pəhrizdə olubsa, o zaman onlardan imtina etməyə ehtiyac yoxdur.
Tibb bacısı ehtiyatla yeyilməsi lazım olan növbəti qida kimi qreypfrutu adlandırıb. O, aydınlaşdırıb ki, bu, dərmanların təsirini dəyişmir, əksinə onların əlavə təsirlərini artıra bilər. Məsələn, statinlər təyin edildikdə, xəstələrdən qreypfrut yeməmək və ya onların qəbulunu azaltmaq tələb oluna bilər.
Bundan əlavə, Pul antibiotiklərlə birlikdə süd məhsulları istehlak etməməyi tövsiyə edib. O, süddə yüksək olan kalsiumun bəzi antibiotiklərin təsirini pisləşdirdiyini izah edib.
Tibb bacısı dərmanlarla yaxşı birləşməyən son məhsul kimi spirtli içkini adlandırıb. O, ağrıkəsici və iltihab əleyhinə dərmanlarla birlikdə spirtli içki qəbul etməməyin daha yaxşı olduğunu vurğulayıb.