Arabica qəhvəsinin birja qiyməti yeni tarixi maksimuma çatıb.
Marja xəbər verir ki, qiymət bir ton üçün 7,9 min dolları ötüb.
İlin əvvəlindən Arabica qəhvəsi 10%-dan çox bahalaşıb. Noyabrda isə qiymət 30% artaraq həmin ayda ton üçün 7 min dollar həddini keçmişdi. Ümumilikdə, 2024-cü ildə qəhvənin qiyməti 1,7 dəfə artıb.
Robusta qəhvəsinin qiyməti də rekord səviyyədədir: Bu məhsul 1,56% də bahalaşaraq tonu 5,5 min dollara yüksəlib.