AZ

Bu bank rezervlərinin bir hissəsini “Bitcoin”ə çevirəcək - AÇIQLAMA

Çexiya Mərkəzi Bankı rezervlərinin bir hissəsini “Bitcoin”ə çevirəcək. 

 

Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı Çexiya Mərkəzi Bankının rəhbəri Aleş Mixl “Financial Times”ə açıqlamasında bildirib. 

 

Mixl qeyd edib ki, o, “Bitcoin”ə investisiya planını mərkəzi bankın idarə heyətinə təqdim edəcək. Onun sözlərinə görə, layihə qəbul edilərsə, bank ehtiyatlarının 5 faizini “Bitcoin”ə dəyişəcək. 

 

Hazırda Çexiya Mərkəzi Bankının rezervlərinin həcmi 140 milyard avrodur (146,3 milyard dollar). Onun 5 faizi 7 milyard avroya (7,32 milyard dollar) bərabərdir. 

 

Mixl əlavə edib ki, “Bitcoin” hətta ABŞ Prezidenti Donald Trampın dəstəyi olmadan da yüksəliş trendində olacaq: “Çünki bu, bir çox insanlar üçün alternativ investisiyadır”. 

 

Vasif
 

Seçilən
5
50
sfera.az

10Mənbələr