Fevralın 6-da UEFA-nın Nyondakı mənzil-qərargahında gənclər arasında AÇ-2027-nin seçmə mərhələsinin püşkü atılacaq.
“Football-plus.az” qitə futbol qurumunun saytına istinadla xəbər verir ki, heç kimin çalışdırmadığı ölkəmizin U-21 yığması püşkatma zamanı Belarus, Monteneqro, Bosniya və Hersoqovina, Cənubi Kipr, Latviya, Litva, Qazaxıstan və Lüksemburqla birgə 5-ci səbətdə yer alacaq. Bu seçmə mərhələdə yığmamızın heyətində 2003-cü il dekabrın 31-dən sonra dünyaya gələn futbolçular çıxış edə bilər.
Püşkatmaya qitənin 51 yığması qatılacaq. Rusiya hələ də sanksiya altındadı. Lixtenşteyn isə seçmə mərhələdə iştirakı lazım bilməyib. 9 qrup formalaşacaq. Bunların altısında 6, üçündə 5 yığma yer alacaq.
2027-ci ilin iyun-iyul aylarında keçiriləcək final mərhələsində 16 yığma iştirak edəcək.
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta