Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan AzPost-a verilən məlumata görə, 58 yaşlı Rasim Həsənov zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri-yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verib.
Sözügedən vədlərinin qarşılığında saxlanılan şəxs 165 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə dələduzluqda ittiham olunan R.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
“R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Dələduzluqda ittiham olunan həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər”-nazirlik çağırış edir.