AZ

Naməlum virusdan 17 nəfər ölüb

ARAŞDIRMA BAŞLANILIB

Hindistanın şimalında insanlar naməlum xəstəlikdən ölməyə başlayıblar

38 nəfər yoluxub, 17 nəfər ölüb.

Hindistanda naməlum etiologiyalı xəstəliyə yoluxma halları qeydə alınıb. İnfeksiya artıq 17 nəfərin həyatına son qoyub.

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında naməlum xəstəlik yayılır. 2024-cü ilin dekabr ayından etibarən Bədhaal kəndində 38 xəstəliyə yoluxma, o cümlədən 17 ölüm halı qeydə alınıb. Xəstəliyin bütün halları üç ailənin üzvləri arasında müəyyən edilib.

Hondostanın daxili işlər Amit Şah şəhərdən 55 km məsafədə, dağlıq ərazidə  yerləşən Bədhaal kəndində üç ailədə bir neçə həftə ərzində baş verən ölümlərin səbəbini araşdırmaq üçün tədqiqat qrupunun yaradılmasını tapşırıb.

Naməlum xəstəlik qızdırma və zəiflik kimi əlamətlərlə müşayiət olunur. Ölənlərin hamısında beyin ödemi olub. Xəstəliyin ilkin səbəbi toksinlərə məruz qalmadır, lakin məhz hansının olduğu hələ müəyyən edilməyib.

Seçilən
7
medicalmedia.az

1Mənbələr