AZ

“Barselona” futbolçusuna bir milyard qiymət qoydu

“Barselona” yarımmüdafiəçi Qavi ilə müqaviləni uzadacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb. Tərəflər yeni müqavilənin imzalanması barədə razılığa gəliblər. Sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Müqaviləyə 1 milyard avro təzminat daxil edilib.

Bu mövsüm Qavi “Barselona”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib,  2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
6
idmanxeber.az

1Mənbələr