AZ

Bu gün Brüsseldə Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması müzakirə ediləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, son anda sürprizlər olmasa, səfirlər Aİ-nin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər. 

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi 165 beynəlxalq və 44 erməni işçi olmaqla dəyişməz qalacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
17
missiya.az

10Mənbələr