AZ

Qoxu alma duyğumuz haqqında maraqlı 5 FAKT

Qoxu hissi ən çox qiymətləndirilməyən hisslər arasında olsa da, psixi sağlamlıq, yaddaş və duyğulara güclü təsir göstərir. Tədqiqatlar getdikcə qoxunun bioloji və nevroloji olaraq necə işlədiyini və onun insan həyatındakı əhəmiyyətini daha çox ortaya qoyur.

News24.az xarici mediaya istinadən qoxu duyğunuz haqqında 5 maraqlı faktı təqdim edir:

Qoxu yaddaş və emosiyalarla əlaqədədir

Çörəkdən gələn təzə çörəyin qoxusu sizi uşaqlıq xatirələrinə qaytara bilər və ya müəyyən bir ətir keçmiş münasibətinizi xatırlada bilər. Bunun səbəbi qoxunun birbaşa beynin limbik sistemi ilə əlaqəli olmasıdır. Limbik sistemə duyğuların meydana gəldiyi amigdala və xatirələrin yaradıldığı hipokampus kimi bölgələr daxildir. Bu, qoxunu yaddaş və duyğularla ən güclü şəkildə əlaqələndirən hissdir.

Davamli yenilənir

Olfaktör sinir hüceyrələri ölür və bir neçə aydan bir yeniləri ilə əvəz olunur. Bu, qoxu duyğunuzun adətən infeksiyalardan və ya xəsarətlərdən sonra bərpa olunmasını təmin edir. Bununla belə, COVID-19 kimi bəzi infeksiyalar bu sistemə daimi təsir göstərə və qoxu itkisinə səbəb ola bilər.

Qoxunun itirilməsi psi sağlamliğa təsir edir

Anosmiya (qoxu almanın tam itirilməsi) və ya hiposmiya (qoxunun qismən itirilməsi) yaşayan insanlar sosial və şəxsi həyatlarında ciddi çətinliklərlə üzləşə bilərlər. Paylaşılan yemək təcrübələrinin itirilməsi və ya cinsi istəyin dəyişməsi bu itkinin bəzi təsirləridir. Bundan əlavə, yaşlı insanlarda qoxu itkisi depressiya və ölüm riskinin artması ilə əlaqələndirilir.

Xəstəliklərin xəbəredicisi

Qoxu itkisi Alzheimer və ya Parkinson xəstəliklərinin erkən əlaməti ola bilər. Bu xəstəliklərdən əziyyət çəkən insanlar tez-tez digər simptomlardan əvvəl qoxu itkisini yaşayırlar. Sadə bir ev testi qəhvə, sabun və ya şərab kimi gündəlik qoxuları aşkar etmək qabiliyyətinizi ölçə bilər.

Yenidən hazirlanmaq mümkündür

Qoxu təhsili qoxu hissini bərpa etmək üçün perspektivli bir üsuldur. Bu üsul gündə iki dəfə fərqli qoxuları (məsələn, sitrus, çiçək, aromatik və ya meyvəli qoxular) qısa müddətə qoxulamaqla tətbiq edilir. Yaddaşa yönəlmiş bu məşqlər burundakı sinirləri yenidən təşkil etməyə kömək edir. Qoxu təhsili depressiya əlamətlərini aradan qaldırmaq və bilişsel geriləməni yavaşlatmaq kimi əlavə faydalar da təmin edə bilər.//medianews.az


Seçilən
4
news24.az

1Mənbələr