Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il üzrə mənfəət nefti və qazı üzrə daxilolmaların ümumi məbləği 5763,1 milyard ABŞ dolları təşkil edəcək.
Teleqraf.com Hesablamalar Palatasının büdcə layihəsi ilə bağlı rəyinə əsasən xəbər verir ki, bu gəlirin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından əldə ediləcək.
2025-ci ildə“Azəri-Çıraq-Günəşli”dən dövlətin payına düşən hasilat 73 milyon barel olaraq proqnozlaşdırılır. “Şahdəniz” yatağı isə 553 milyon dollar gəlir gətirəcək. Buradan dövlətin payına düşən hasilatın 5,7 milyon barel olması gözlənilir. Digər neft və qaz yataqlarından daxilolmalara gəlincə, Suraxanı və Qaracuxur yataqları – 3,2 milyon dollar, Zığ-Hövsan yatağı – 3,1 milyon dollar, Kürsəngi və Qarabağlı yataqları – 0,4 milyon dollar, Neftçala və Xıllı yataqları – 0,7 milyon dollar, Mişovdağ və Kəlaməddin yataqları – 1,8 milyon dollar, Kürovdağ yatağı – 6,1 milyon dollar,Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları – 10,7 milyon dollar,Binqədi blokuna daxil olan yataqlar – 12 milyon dollar, Qum-Dəniz və Bahar yataqları – 0,5 milyon dollar, Abşeron (JOCAP) – 92,8 milyon dollar gözlənilir.