28 yanvar tarixində "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilən təcrübə proqramının müsahibə mərhələsi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, təcrübə proqramına ümumilikdə 500-dən çox gənc müraciət edib.
Müraciətlər arasından müxtəlif meyarlar əsasında seçilən 70-dən çox iştirakçı müsahibə mərhələsinə dəvət olunub.
İştirakçılar müsahibə mərhələsində müxtəlif sahələrdə bilik və bacarıqlarını təqdim ediblər.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20January%202025/bc20cd9d-5fd5-4940-baac-0f3d38feeb1f_1000381749.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20January%202025/3ff0e906-ac09-4e76-99c8-801e7e4431f9_1000381748.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20January%202025/7bae368f-3efb-44b4-9ac8-4bd8b16f8a52_1000381747.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20January%202025/598a3920-9a63-43b5-8dc0-153201076274_1000381750.jpg)