Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.