AZ

Rubio və Kallas Rusiyaya təzyiq üçün razılığa gəldilər

ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Ukraynada ədalətli sülhə doğru irəliləmək üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etmək zərurəti ilə bağlı razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi  adı açıqlanmayan Avropa İttifaqı (Aİ) rəsmisinə istinadən bildirib.

“Kallas və Rubio Ukraynada ədalətli və davamlı sülhə doğru irəliləmək üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etmək zərurəti ilə bağlı razılığa gəliblər”, - agentliyin məlumatında deyilir.

Avropalı rəsminin sözlərinə görə, tərəflər ölkələr arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin ümumi xarici siyasət prioritetlərini müzakirə ediblər.

Bundan əvvəl ABŞ Dövlət Departamenti məlumat vermişdi ki, Rubio Kallasla danışıq zamanı Brüsselin Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarını alqışlayıb. Rubio həmçinin Kallası Avropanın müdafiə xərclərini artırmağa çağırıb, transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və Çindən gələn çağırışlara işarə edib.

"Cebheinfo.az" 

Seçilən
17
cebheinfo.az

1Mənbələr