Türkiyə Azərbaycan və Özbəkistanla birlikdə Orta Dəhliz üzrə layihələrin icrası üçün səy göstərir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşünün açılış mərasimində bildirib.
O qeyd edib ki, burada xüsusi ilə multimodal daşınmalar istiqamətində əməkdaşlığı artırmaq lazımdır.
Nazirin sözlərinə görə, Türkiyə adlı daxil olmaqla nəqliyyat dəhlizlərinə, o cümlədən “İnkişaf Yolu” nəqliyyat layihəsinə xüsusi önəm verir.